qızıl dövr (hər bir xalqın tarixində yüksək tərəqqi və inkişaf dövrü)

= the Golden Age = золотой век
qızıl bahasına
qızıl fond
OBASTAN VİKİ
Qızıl dövr
Qızıl dövr və ya Qızıl Əsr aşağıdakı mənalara gələ bilər: Qızıl Əsr (mifologiya) - türk mifologiyasında, xalq inancında və ictimai fəlsəfədə mükəmməl dünya idealı. Qızıl dövr (metafor) - bir siyasi-ictimai qurumun yüksək nailiyyətlər əldə etdiyi dövr. Altın əsr - Türkmənistanda göl.
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Gürcüstanın qızıl dövrü
Gürcüstanın qızıl dövrü (gürc. საქართველოს ოქროს ხანა) — Gürcüstan Krallığının orta əsrlərdə öz sərhədlərini maksimum genişləndirdiyi, 11–13-cü əsrləri əhatə edən tarixi period. Bu dövr hərbi genişlənmə ilə yanaşı, orta əsrlər Gürcüstan memarlığının, rəssamlıq və poeziyasının çiçəklənməsi, dini incəsənətin inkişafı, dünyəvi ədəbiyyatın ilk iri həcmli əsərlərinin yazılmasına təsadüf edir. İki əsrdən çox davam edən qızıl dövr monqollar kimi köçərilərin davamlı istilaları və eyniadlı köçəri qruplar tərəfindən qara ölümün yayılması səbəbindən tədricən sona çatdı. Gürcüstan ənənəvi müttəfiqi olan Şərqi Roma İmperiyasının sonun gətirən Konstantinopolun süqutundan sonra Gürcüstan daha da zəiflədi. Bu proseslərin nəticəsi olaraq, 15-ci əsrdə Gürcüstan xristian Avropadan ayrılmış, düşmən olaraq gördüyü Türk-İran qonşuları ilə əhatə olunan təcrid olunmuş bir anklava çevrildi. Qızıl dövr Böyük Türk İşğalları dövründə 16 yaşında taxt-tacı qəbul edən, II Georgi və Kraliça Helenanın oğlu IV Davidin ("Qurucu David" və ya "Böyük David" də deyilir) hakimiyyətiylə başladı. Məhkəmə naziri Georgi Çqondidinin himayəsi altında böyüyən IV David zamanla feodalların özbaşınalığını basdırdı və xarici təhdidlərlə effektiv mübarizə aparmaq üçün əlindəki hakimiyyəti mərkəzləşdirdi. 1121-ci ildə Didqori döyüşü zamanı daha böyük türk ordularını qətiyyətlə məğlub etdi və bir neçə gündür gürcü süvarilərinin arxasınca qaçan Səlcuqlu türklərini Gürcüstandan qova bildi. Tiflisin müdafiəsini təmin edən və yeni bir dirçəliş dövrünü başladan IV Davidin ordusu tərəfindən çox sayda qənimət və əsir ələ keçirildi.
Holland qızıl dövrü
Holland qızıl dövrü — Hollandiya tarixində 1585–1702-ci illər arasındakı dövrə verilən ad. Bu dövrdə Hollandiya elm, ticarət və incəsənət sahəsində dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Hollandiyanın Qızıl dövrü 1585-ci ildə Antverpen İspaniyanın əlinə keçməsi, cənubda zəngin Kalvinist (protestant) tacirlər və ziyalılar şimala sığınması ilə başladı. Bundan əlavə, İspaniyadakı inkvizisiyadan qaçan Sefarad yəhudiləri və Fransadan qaçan protestant Huqenotlar Hollandiyaya sığındılar. Beləliklə, Hollandiyada Avropanın ən zəngin və ən maarifli insanları toplaşdı. XVII. Əsr ərzində hollandlar dünyanın hər yerində ticarətə girdilər. Şimali Amerikada Nieuw Amsterdam kimi koloniyalar qurdular. 1602-ci ildə qurulan 'Hollandiya Şərqi Hindistan Şirkəti' (Vereenigde Oostindische Compagnie) Asiyada koloniyalar qurdu. Bu koloniyalar sonda İndoneziya ölkəsini meydana gətirdi. İlk dəfə Osmanlı İmperiyasından gətirilən lalələr Hollandiyada ehtiras halına gəldi.
İslamın qızıl dövrü
İslamın qızıl dövrü ya da İslam renessansı — VIII əsrdən XIII əsrə qədər İslam dünyasının yüksəlişini ifadə edən dövr. Ancaq bəzi mənbələrdə bu dövrün XIV əsrə, bir başqa mənbələrdə isə XV əsrə qədər davam etdiyi deyilir. Bu dövr əsnasında İslam dünyasında mühəndislər, alimlər, tacirlər sənətə, əkinçiliyə, iqtisadiyyata, sənayeyə, hüquqa, ədəbiyyata, gəmiçiliyə, fəlsəfəyə və elmə və texnologiyaya köhnə adətləri qoruyub yenilərini əlavə edərək iştirak etdi. Hovard R. Terner: "Müsəlman sənətkarlar və alimlər, şahzadələr və işçilər birlikdə unikal bir mədəniyyət yaratdı, birbaşa və dolayı olaraq hər qitədəki cəmiyyətlərə təsir etdi." demişdir. VII əsrdə Şərq ölkələrini işğal edən bədəvi ərəblər burada özlərindən qat-qat mədəni xalqlarla qarşılaşdılar. Misir, Finikiya, Suriya, Mesopotomiya və İranın zəngin mədəniyyəti qarşısında çaşıb qalan bədəvilər bu ehtişamı mənimsəməyə başladılar. Tezliklə Arami, Şumer, Yunan, Fars mədəniyyətləri çox haqsız yerə "ərəb-islam mədəniyyəti" adı ilə dünyaya tanıdıldı. Bu mühitdə yetişən böyük dahilərə "ərəb alimləri" deyilməyə başlandı. Halbuki İslam Renessansının böyük xadimlərindən heç biri ərəb deyildi. Məhz bu alimlər böyük bir İntibah başlatdılar.
İttihad və Tərəqqi
İttihad və Tərəqqi Partiyası (osman. إتحاد و ترقى, türk. İttihat ve Terakki) — 1889-cu ildə Osmanlıda qurulmuş, 1908—1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət. "İttihad və Tərəqqi" cəmiyyətinin əsası 1889-cu ildə İstanbulda hərbi-tibb məktəbinin tələbələri tərəfindən qoyulmuşdu. "İttihad və Tərəqqi" cəmiyyəti sonralar Əhməd Rza bəyin fəaliyyəti nəticəsində daha da güclənmiş və ölkənin vilayətlərində gizli şöbələri açılmışdı. "Gənc türklər" Parisdə özlərinin xarici mərkəzini yaratmış və 1892-ci ildə "Məşvərət" qəzetini nəşr etməyə başlamışdılar. Aralarında Ənvər, Niyazi, Əyyub Səbri kimi cəsarətli və vətənpərvər zabitlərin olduğu "İttihad və Tərəqqi"çilər əlavə kömək almaq üçün bolqar inqilabçıları ilə də əlaqə saxlayırdılar. Osmanlı imperiyasında idarəçilik sistemini dəyişmək tərəfdarı olan Mustafa Kamal da "İttihad və Tərəqqi"çilərlə yanaşı, əvvəlcə Şamda (Dəməşq), sonra isə Solanikdə (Saloniki) "Vətən və Hürriyyət" cəmiyyəti yaratmışdı. Bu cəmiyyət sonralar "İttihad və Tərəqqi" cəmiyyəti ilə birləşmiş, nəticədə 1907-ci ilin sonundan etibarən "İttihad və Tərəqqi" gənc türklərin vahid təşkilatına çevrilmişdi. Mustafa Kamal əsgəri həyatdan kənar siyasi fəaliyyətini bu cəmiyyətdə davam etdirirdi.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər şey hər yerdə və bir anda (film, 2022)
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Dövr
Dövr ərəb sözüdü (دور), цикл (rusca), cycle (ingiliscə), devir, devre(türkcə) yəni devrə, dolanma, bir şeyin öz oxu ətrafında hərəkəti, bir şeyi təkrarlama, gəzib dolanib əvvəlki vəziyyətə qayıtma. Dövr (astronomiya) — Günəş dövrülüyü Dövr (məclisin baş tərəfi) — Dövr (geologiya) — Geologiyada bir geoloji sistemin çöküntülərinin əmələ gəlməsi üçün lazım olan vaxt (zaman).
Tədqiqat və inkişaf
Tədqiqat və inkişaf (və ya qısaca TƏ-İN) OECD tərəfindən "biliklərin artırılması üçün sistematik şəkildə həyata keçirilən yaradıcılıq işləri və bu biliklərdən yeni tətbiqetmələr yaratmaq üçün istifadə edilməsi" kimi təyin olunmuşdur. Tədqiqat və inkişaf üç hissədən ibarətdir: Əsas tədqiqat Tətbiqi tədqiqat Eksperimental inkişaf. Tədqiqat və inkişaf, mədəniyyət, insan və cəmiyyət biliklərindən ibarət olan məlumat bazasını artırmaq və ondan yeni proseslər, sistemlər və tətbiqetmələr hazırlanması üçün istifadə məqsədilə, sistemli şəkildə həyata keçirilən yaradıcı fəaliyyəti, ətraf mühitə uyğun məhsul dizaynı və ya proqram fəaliyyətləri ilə öz sahəsində elmi və texnoloji inkişafı təmin edən, elmi və texnoloji cəhətdən bir qeyri-müəyyənliyə yönəlmiş və nəticələri orijinal, eksperimental, elmi və texniki fəaliyyətləri əhatə edir. Tədqiqat və İnkişaf; Həm bir şirkət, həm də bir ölkə üçün yenilik sayəsində böyümənin və inkişafın vacib bir elementidir. TƏ-İN həyata keçirən təşkilatlar öz məhsuldarlığını və istehsal keyfiyyətini artırmağı və ya yeni məhsul və xidmətlər yaratmağı hədəfləyirlər.
Holland rəssamlığının qızıl dövrü
Holland rəssamlığının qızıl dövrü Hollandiya tarixində təxminən XVII əsri əhatə edən bir dövr Hollandiyanın müstəqilliyi uğrunda Səksənillik müharibənin (1568-1648) sonrakı hissəsi zamanı və ondan sonrakı illər Holland Qızıl dövrünün rəssamlığıdır. Yeni Hollandiya Respublikası Avropanın ən firavan ölkəsi idi və Avropa ticarətinə, elminə və incəsənətinə liderlik edirdi. Yeni dövləti təşkil edən şimal Hollandiya əyalətləri cənubdakı Flandriya şəhərlərindən daha az əhəmiyyətli sənətkarlıq mərkəzləri idi. Müharibə zamanı baş verən sarsıntılar və əhalinin genişmiqyaslı köçürülməsi, köhnə monarxist və katolik mədəniyyət ənənələri ilə kəskin ziddiyət, Hollandiya sənətkarlığının özünü demək olar ki, tamamilə yenidən kəşf etməli olması demək idi ki, bu işdə çox uğurlu oldu. Dini mövzular üzrə rəsm əsərləri çox kəskin şəkildə azaldı, əvəzində bütün növ dünyəvi mövzular üzrə böyük bir yeni bazar meydana gəldi. Holland rəssamlığının qızıl dövrü Barokko rəssamlığının ümumi Avropa dövrünə daxil edilsə də və tez-tez onun bir çox xüsusiyyətlərini göstərsə də, əksəriyyətində qonşu Flandriya da daxil olmaqla bir çox barokko əsərinə xas olan idealizasiya və əzəmət sevgisi yoxdur. Dövrün ən yaxşı tanınan əsərləri də daxil olmaqla əksər əsərlər Erkən holland rəssamlığından miras qalmış müfəssəl realizm ənənələrini əks etdirir. Dövrün səciyyəvi xüsusiyyəti fərqli rəsm janrlarının çoxalmasıdır , rəssamların əksəriyyətinin işlərinin əsas hissəsini bunlardan birindədir. Bu ixtisaslaşmanın tam inkişafı 1620-ci illərin sonlarından daha aydın görünür və o vaxtdan 1672-ci il Fransa istilasına qədər olan dövr Qızıl dövr rəsminin əsasını təşkil edir. Rəssamlar karyeralarının əsas hissəsini yalnız portretlər, müxtəlif məişət səhnələri, mənzərələr, dəniz mənzərələri və gəmilər və ya natürmortlar və çox vaxt bu kateqoriyalar daxilində müəyyən bir alt növ çəkməyə sərf edirdilər.
İttihad və Tərəqqi Partiyası
İttihad və Tərəqqi Partiyası (osman. إتحاد و ترقى, türk. İttihat ve Terakki) — 1889-cu ildə Osmanlıda qurulmuş, 1908—1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş siyasi cəmiyyət. "İttihad və Tərəqqi" cəmiyyətinin əsası 1889-cu ildə İstanbulda hərbi-tibb məktəbinin tələbələri tərəfindən qoyulmuşdu. "İttihad və Tərəqqi" cəmiyyəti sonralar Əhməd Rza bəyin fəaliyyəti nəticəsində daha da güclənmiş və ölkənin vilayətlərində gizli şöbələri açılmışdı. "Gənc türklər" Parisdə özlərinin xarici mərkəzini yaratmış və 1892-ci ildə "Məşvərət" qəzetini nəşr etməyə başlamışdılar. Aralarında Ənvər, Niyazi, Əyyub Səbri kimi cəsarətli və vətənpərvər zabitlərin olduğu "İttihad və Tərəqqi"çilər əlavə kömək almaq üçün bolqar inqilabçıları ilə də əlaqə saxlayırdılar. Osmanlı imperiyasında idarəçilik sistemini dəyişmək tərəfdarı olan Mustafa Kamal da "İttihad və Tərəqqi"çilərlə yanaşı, əvvəlcə Şamda (Dəməşq), sonra isə Solanikdə (Saloniki) "Vətən və Hürriyyət" cəmiyyəti yaratmışdı. Bu cəmiyyət sonralar "İttihad və Tərəqqi" cəmiyyəti ilə birləşmiş, nəticədə 1907-ci ilin sonundan etibarən "İttihad və Tərəqqi" gənc türklərin vahid təşkilatına çevrilmişdi. Mustafa Kamal əsgəri həyatdan kənar siyasi fəaliyyətini bu cəmiyyətdə davam etdirirdi.
Xalqın xidmətçisi
"Xalqın xidmətçisi" (ukr. Слуга народу, rus. Слуга народа, bəzən "Millətin xidmətçisi" kimi tərcümə olunur) — efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira komediyası janrında çəkilən Ukrayna televiziya serialı. Serial orta məktəbdə işləyən otuz yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) hekayəsindən bəhs edir. Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz dildə hökumət korrupsiyasına qarşı ifadələr işlətdiyi videosunu paylaşır və video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir. Serialın prodüser şirkəti "Kvartal 95"-dir, hansı ki baş kişi rolunu canlandıran Vladimir Zelenski tərəfindən qurulmuşdur. Serial Ukraynanın real siyasətinə çox təsir etmişdir; 31 mart 2018-ci ildə serialla eyniadlı siyasi partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. Bundan əlavə, serialda Ukrayna Prezidenti rolunu canlandıran Zelenski 21 aprel 2019-cu ildə həqiqətən Ukrayna Prezidenti seçildi. Vasili Petroviç Qoloborodko (Vladimir Zelenski): Ukrayna prezidenti, keçmiş orta məktəb tarix müəllimi Yuri İvanoviç Çuyko (Stanislav Boklan): Ukraynanın baş naziri Pyotr Vassilyeviç Qoloborodko (Viktor Saraykin): Vasilinin atası Mariya Stefanovna Qoloborodko (Nataliya Sumska): Vasilinin anası Svetlana Petrovna Saxno (Yekaterina Kisten): Vasilinin bacısı, vergi xidmətlərinin keçmiş 1-ci müavini Olqa Yuryevna Mişçenko (Yelena Kravets): Vasilin keçmiş həyat yoldaşı, Mərkəzi Bankın direktoru, daha sonra Baş nazir vəzifəsinə keçdi Sergey Viktoroviç Muxin (Yevgeni Koşevoy): Xarici İşlər Naziri, keçmiş aktyor Oksana Skovoroda (Olqa Jukovtsova); Sergey Muxinin hiper effektiv köməkçisi və işləyici Mixail İvanoviç Sanin (Yuri Krapov): Maliyyə Naziri İvan Andreyeviç Skorik (Aleksandr Pikalov): Müdafiə naziri, keçmiş kapitan Mixail Aşotoviç Tasunyan (Mixail Fatalov): Ukrayna Gizli Xidmətinin (SBU) rəhbəri Nataşa Saxno (Anna Koşmal): Vasilin qardaşı qızı Anna Mixaylovna (Qalina Bezruk): Vasilin sevgilisi "Xalqın xidmətçisi" Ukraynada 1+1 kanalında yayımlandı. Studiya həmçinin bütün bölümləri pulsuz olaraq "Youtube"a yerləşdirdi.
Hər bir insan hökmdardır (kitab)
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
İnkişaf
İnkişaf — müsbət mənada kəmiyyət-keyfiyyət dəyişikliyini nəzərdə tutan hərəkət. Adi hərəkətdən fərqli olaraq, inkişaf, dialektik mənada, daha üstün səviyəyə qalxmaqdır, təkmilləşməkdir.
"Tərəqqi" medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Bürhani-Tərəqqi
Bürhani-Tərəqqi — 1906–1911-ci illərdə Həştərxanda müəyyən fasilələrlə nəşr olunan, daha çox dini məqalələr çap edən qəzet. İlk nömrəsi 1906-cı il iyunun 8-də çıxmışdır. Naşiri və redaktoru Mustafa Lütfi İsmayılov Şirvanski idi. Qəzetdə yerli müəlliflərlə yanaşı N. Nərimanov da iştirak etmiş, "Elmi və fənni" mövzularda bir sıra məqalələr ("Tibb və islam" və b.) dərc etdirmişdir. Qəzetdə M.Ə. Sabir, M. Hadi və başqaları da öz əsərlərini çap etdirmişlər. 1907-ci ilin iyun ayının axırlarında qəzetin nəşri dayandırılmışdır. Təxminən bey ay sonra 1907-ci il 18 noyabrda qəzetin növbəti nömrəsi buraxılmışdır.
Tərəqqi (dəqiqləşdirmə)
Tərəqqi (qəzet) — Bakıda 1908–1909-cu illərdə çıxan ictimai-siyasi, iqtisadi, ədəbi qəzet. "Tərəqqi" medalı — Azərbaycan Respublikasının dövlət mükafatı.
Tərəqqi medalı
"Tərəqqi" medalı — Azərbaycanın dövlət təltifi. "Tərəqqi" medalı, Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 1992-ci il 10 noyabr tarixli 370 nömrəli Qanunu ilə təsis edilib. Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə isə, medalın əsasnaməsi və təsviri təsdiq edilib. "Tərəqqi" medalının əsasnaməsi, Heydər Əliyevin 1993-cü il 6 dekabr tarixli 758 saylı Qanunu ilə təsdiq edildi. 1. "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: 1.1. Kənd təsərrüfatı və sənaye sahəsində qazandıqları uğurlara görə; 1.2. Böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə görə; 1.3. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, hüquq, təhsil və səhiyyə sahələrində xidmətlərinə görə; 1.4. Xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə görə; 1.5.
Tərəqqi (qəzet)
"Tərəqqi" qəzeti (az-əbcəd. ترقى‎) — ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. 1908–1909 illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi. Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"-ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdır. Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə. Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi. "Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər.
Tərəqqi FK
Tərəqqi FK — və ya rəsmi adı ilə Tərəqqi Qadın Futbol Klubu — SSRİ Yüksək Qızlar Liqasında çıxış etmiş, Azərbaycan qadın futbol klubu 1990/1991-ci ildə, Azərbaycanı SSRİ Yüksək Qızlar Liqasının 2-ci zonasında təmsil etmişdir. Belə ki, "Tərəqqi", 22 oyun keçirmiş, onun 5-də qalib gəlmiş, 2-də heç-heçə etmiş, 15-də isə məğlub olmuşdur. 14 qol vurmuş, 41 qol öz qapısında görmüşdür. 12 xalla 7-ci sırada mövsümü başa vurmuşdur.
Vətəndaş və İnkişaf Partiyası
Vətəndaş və İnkişaf Partiyası və ya qısaca VİP — Azərbaycanda 28 may 2006-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Əli Əliyevin rəhbərliyində qurulmuş, 10 avqust 2008-ci il tarixində rəsmi dövlət qeydiyyatına alınmış və 25 iyun 2023-cü il tarixində fəaliyyətini dayandırmış siyasi partiya. 2003-cü il prezident seçkilərinin ardından Azərbaycan Milli İstiqlal Partiyası sədri Etibar Məmmədov sədrlikdən istefa vermişdir. Sədr səlahiyyətləri isə onun qohumu Əli Əliyevə həvalə edilmişdir. 7 fevral 2005 tarixində Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar VIII Qurultayı keçirilmişdir. Qurultayda Əli Əliyev partiya sədri seçilmiş və partiyanın lideri postu yaradılmışdır. 2005-ci il parlament seçkiləri ərəfəsində 13 iyul 2005-ci il tarixində Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır, lakin seçkilərin nəticəsi açıqlandıqda Yeni Siyasət Seçki Blokunun vahid siyahısından sadəcə 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir. Yeni Siyasət Seçki Blokunun üzv partiyaları seçki nəticələrinə etiraz etmiş və seçilmiş deputatları istefaya dəvət etmişdir, lakin Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. AMİP sədri Əli Əliyev buna etiraz etmişdir. Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir. 21 yanvar 2006-cı il tarixində partiya sədri Əli Əliyev Azərbaycan Demokrat Partiyasının qərargahında quruıtay çağırımış, lakin 190 nümayəndənin iştirak etməli olduğu qurultayda 100 nümayəndə iştirak etmişdir.
İnkişaf və Diplomatiya İnstitutu
İnkişaf və Diplomatiya İnstitutu (ing. Institute for Development and Diplomacy (IDD)) — bütün dünya üzrə ekspert, tədqiqat və siyasət quruculuğu ilə məşğul olan icmalarla əlaqələr üzrə ixtisaslaşmış beyin mərkəzi. Azərbaycan Respublikasının ali təhsil müəssisəsi olan ADA Universiteti (keçmiş Azərbaycan Diplomatik Akademiyası) 2006-cı ilin martında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində təsis edilmişdir. Öz missiyasını reallaşdırmaq yolunda ADA Universiteti 2022-ci ildə Azərbaycanda və İpək Yolu regionunun digər bölgələrində, o cümlədən daha qlobal müstəvidə ekspertlərlə, eləcə də tədqiqat və siyasi quruculuqla məşğul olan icmalarla əlaqəni genişləndirmək məqsədilə İnkişaf və Diplomatiya İnstitutunu (IDD) təsis edib. Dünyadakı aparıcı tədqiqat institutlarının təcrübəsi əsasında modelləşdirilmiş İnkişaf və Diplomatiya İnstitutu ADA Universitetinin siyasi yönümlü, fənlərarası tədqiqat və təhlil nəticələrini özündə birləşdirən mərkəzi, siyasi yönümlü konfransların, brifinq və praktiki məşğələlərin əsas ünvanıdır. İnstitutun strateji vizyonu dövlət siyasətinin araşdırılması və təhlili, intellektual müzakirələrin təmin edilməsi, istedadlı kadrların yetişdirilməsi və beynəlxalq təbliğatın aparılması üçün regional mərkəz rolunu oynamaqdır. İnkişaf və Diplomatiya İnstitutu 1 mart 2022-ci il tarixində ADA Universiteti nəzdində təsis edilib. Bu İnstitutun missiyası həm hökumətlərin, həm də onların xidmət etdikləri vətəndaşların gün keçdikcə mürəkkəbləşən, müasir dünyanın dinamik və bir-biri ilə bağlı olan əsas problemlərinin öhdəsindən gəlməsinə dəstək göstərməkdir. İnkişaf və Diplomatiya İnstitutu həllərə əsaslanaraq xarici siyasət, diplomatiya və beynəlxalq münasibətlər, geosiyasət, təhlükəsizlik, enerji, davamlı inkişaf (yəni, iqtisadiyyata, sosial siyasətə və ətraf mühitə, o cümlədən iqlim dəyişikliyi və dayanıqlılıqla bağlı digər mövzulara vahid yanaşma), gender, habelə Azərbaycan və bir çox ölkələr üçün əhəmiyyət kəsb edən sülh və barışıq məsələlərinin müzakirəsi və təhlili üçün platforma təqdim edir. Öz missiyasının davamı olaraq “IDD” açıq və səmimi dialoq və müzakirələr üçün məkan təmin edir, müstəqil və siyasi yönümlü tədqiqat nəticələri və təhlillər dərc edir, ixtisasartırma proqramlarına ev sahibliyi, eləcə də Azərbaycanda və xaricdə tədbirlər, konfrans, seminar və siyasi brifinqlər təşkil edir.
Ədalət və İnkişaf Partiyası
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.